Volodimir Zelenski Oleksiy Arestoviçin istefasını qəbul edib | 1news.az | Xəbərlər
Dünya

Volodimir Zelenski Oleksiy Arestoviçin istefasını qəbul edib

Qafar Ağayev17:47 - 17 / 01 / 2023
Volodimir Zelenski Oleksiy Arestoviçin istefasını qəbul edib

Ukraynanın Prezidenti Volodimir Zelenski bu gün istefa verən Ukraynanın Prezident Ofisinin müşaviri Oleksiy Arestoviçin istefasını qəbul edib.

1news.az "unian.net"-ə istinadən xəbər verir ki, bu barədə V.Zelenskinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Yanvarın 15-də axşam O.Arestoviç “Feigin Live” "youtube" kanalının efirində Dneprdə yaşayış binasının bir hissəsini dağıdan raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və nəticədə çoxmərtəbəli binanın üzərinə düşərək partladığını bildirmişdi.

Rusiya onun bu səhv açıqlamasından Ukraynaya qarşı istifadə edib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Dneprdəki vəziyyəti şərh edərkən O.Aretoviçin sözlərindən sitat gətirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı O.Arestoviçin sözlərini tez bir zamanda təkzib edərək bildirib ki, Rusiyanın atdığı “X-22” raketlərini vurmaq üçün Ukrayna hərbçilərinin vasitələri yoxdur.

Paylaş:
567

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər