Azərbaycanlı xilasedicilərin iştirakı ilə daha iki nəfər dağıntılar altından çıxarıldı – 198-ci saatda | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlı xilasedicilərin iştirakı ilə daha iki nəfər dağıntılar altından çıxarıldı – 198-ci saatda

Qafar Ağayev11:00 - 14 / 02 / 2023
Azərbaycanlı xilasedicilərin iştirakı ilə daha iki nəfər dağıntılar altından çıxarıldı – 198-ci saatda

Baş verən zəlzələnin 9-cu günündə Türkiyənin Kahramanmaraş şəhərində 2 nəfər dağıntılar altından sağ çıxarılıb.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dağıntılar arasından səs gəlməsi nəticəsində xilasedicilər Məhəmməd Enes adlı bir şəxsi dağıntılar arasından çıxarıblar. Dağıntılar arasından sağ çıxan Məhəmməd Enes vəziyyətinin yaxşı olduğunu, daha 2 nəfərin sağ olduğunu qeyd edib. Azərbaycandan gələn axtarış-xilasetmə qruplarının da iştirakı ilə xilasedicilər Məhəmməd Enesi saat 198-ci saatda çıxardı.

Məhəmməd Enesdən 15 dəqiqə sonra onun böyük qardaşı olduğu bildirilən 20 yaşlı Abdulbaki də xilas edilib. Dağıntılar altından daha bir nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər