Bu gün Ümumdünya Velosiped Günüdür | 1news.az | Xəbərlər
Dünya

Bu gün Ümumdünya Velosiped Günüdür

16:27 - 03 / 06 / 2023
Bu gün Ümumdünya Velosiped Günüdür

BMT-nin Baş Assambleyası velosiped və onunla bağlı üstünlüklərin təşviqi məqsədilə 2018-ci ildə iyunun 3-ü gününü Ümumdünya Velosiped Günü elan edən qətnamə qəbul edib. Hər il BMT Ümumdünya Velosiped Gününü qeyd edərək, bu nəqliyyat növünün insanın və planetin sağlamlığı üçün danılmaz üstünlüklərini xatırladır.

Nyu-Yorkda mayda keçirilmiş velosipedçilər yarışında BMT-nin 20-dən çox komandası iştirak edib. Bu komandaların tərkibində təşkilatın əməkdaşları və bir sıra ölkənin səfirləri də daxil olmaqla, BMT yanında daimi missiyaların nümayəndələri yarışıblar. Ümumilikdə, BMT təmsilçiləri tərəfindən 13 min mil – Yer kürəsi ətrafındakı məsafənin yarısı qət edilərək, ay ərzində 2 min velosiped yürüşü edilib.

1news.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stefan Düjarik Nyu-Yorkda keçirilmiş brifinqdə iştirakçıları və azarkeşləri bayram münasibətilə təbrik edərkən bildirib.

Son illər böyük şəhərlərin daimi tıxaclar və həddindən artıq dolmuş metro vaqonları ilə bağlı nəqliyyat problemləri insanları alternativlərin axtarışına sövq edib. Velosiped ən yaxşı seçim olub. Bir çox şəhərlərdə digər nəqliyyat növü ilə müqayisədə iki təkərli nəqliyyata üstünlük verən insanların sayı getdikcə artır. Şəhər hakimiyyət orqanları və sahibkarlar da trendi nəzərə alaraq prosesə qoşulur: bütün dünyada və böyük şəhərlərdə “baykşering” - sürətli velosiped icarəsi sistemlərinin sayı və velosiped yollarının uzunluğu artır.

Birləşmiş Millətlər Təşkilatı hadisələrin bu məcrada inkişafını fəal şəkildə dəstəkləyir. Belə ki, 2018-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının üzvü olan dövlətlər velosiped hərəkatının stimullaşdırılmasına dair ümumavropa baş planının Layihəsini təsdiq ediblər.

Velosiped nəqliyyatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də fəal dəstəklənir, axı bu həm ən ekoloji cəhətdən təmiz, həm də sürətli hərəkət etmənin ən sağlam yoludur: yerimə, idmanla məşğul olmaq və ya velosiped yürüşü kimi müntəzəm orta intensivli fiziki fəallığın sağlamlıq üçün əhəmiyyətli üstünlükləri var.

BMT-nin Ərtaf Mühit Proqramında (UNEP) velosiped pandemiyadan sonra “yaşıl bərpa”nın əsas komponentlərindən biri kimi götürülür. Bununla belə, UNEP qeyd edir ki, şəhərlərdə daha fəal velosiped yürüşləri yol hərəkətinin təhlükəsizliyinin artırılması ilə müşayiət olunmalıdır.

Bütün dünyada milyonlarla insan velosipeddən əsas hərəkət vasitəsi kimi istifadə edir, velosiped həvəskarlarının sayı daima artır, buna görə də BMT gələcəyin şəhərlərinin infrastrukturunun planlaşdırılması zaman onların maraqlarını nəzərə almağa çağırır.

“Yaş həddi olmadan velosiped yürüşü” hərəkatı artıq 50 ölkədə mövcuddur. Ümumdünya Velosiped Günü Bakıda kütləvi velosiped yürüşü ilə qeyd olunur.

2022-ci il martın 15-də Baş Assambleya davamlı inkişaf naminə velosipeddən kütləvi şəkildə istifadənin ictimai nəqliyyat sistemlərinə inteqrasiyası barədə qətnamə qəbul edib. Xüsusilə vurğulanıb ki, velosiped ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən biridir, rasional istehlakın və istehsalın zəruriliyi barədə düşünməyə vadar edir və iqlimə müsbət təsir göstərir.

Paylaş:
855

Son xəbərlər

Aİ Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyirBu gün, 17:50On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 17:45“Xəzri-2023”: Azərbaycan və Qazaxıstan hərbi gəmiləri ilə birgə tapşırıqlar icra ediblərBu gün, 17:39Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilibBu gün, 17:31Nazirlik Müəllimlər Günü ilə bağlı valideynlərə müraciət ünvanlayıbBu gün, 17:17Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşübBu gün, 16:56Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblərBu gün, 16:37Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurduBu gün, 16:33Baş Prokurorluq: Məhkəmə İranda Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verməyibBu gün, 16:16Silk Way West Airlines-ın ilk Boeing 777F təyyarəsi Sietldən Bakıya uçacaqBu gün, 16:00Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edibBu gün, 15:56Neftçalanın su təchizatının yaxşılaşdırılması layihəsinin I mərhələsi yekunlaşıbBu gün, 15:41İmişlidə yol tikintisinə 15,8 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 15:29Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 15:28Bu gün Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündürBu gün, 15:17Aİ lideri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıbBu gün, 14:59DYP piyadalara müraciət edibBu gün, 14:51Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı - VİDEOBu gün, 14:37Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötürBu gün, 14:22Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündürBu gün, 14:10
Bütün xəbərlər

Next TV