Ramzan Kadırov Priqojinin qiyamından yazdı: “Hansı sərt tədbirlər lazımdırsa...”
“Biz Priqojinin qiyamını yatırmağa hazırıq”.
1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Telegram" kanalında yazıb.
“Qiyam yatırılmaldır və bunun üçün hansı sərt tədbirlər lazımdırsa yerinə yetiriləcək. Priqojinin bu addımı arxadan vurulan bıçaq zərbəsidir. Rus əsgərləri heç bir təxribata boyun əyməməlidir" - deyə, Kadırov bildirib.
Qeyd edək ki, bundan əvvəl “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinin düşərgəsini vurmaqda ittiham etmişdi. Rusiya prezidenti Vladimir Putin isə xalqa müraciətində Priqojini vətənə xəyanətdə günahlandırmışdı.
387