Macarıstanın ədliyyə naziri istefa verib
Macarıstanın ədliyyə naziri Yudit Varqa istefa verib.
1news.az TASS-a istinadən xəbər verir ki, məqsəd 2024-cü ildə Avropa Parlamentinə keçiriləcək seçkilərdə hakim FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyasının seçki siyahısına başçılıq etməkdir.
Onun sözlərinə görə, Avropa Parlamentinə qarşıdan gələn seçkilər bütün qitə üçün böyük əhəmiyyət kəsb edəcək.
“Biz avropalı sağçıları, mühafizəkarları inandırmalıyıq ki, onlar bu seçkilərdə qalib gələ bilərlər”, - Y.Varqa bildirib.
336