Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə olunub
Qarabağ Dirçəliş Fonduna Azərbaycan istehsalı olan minatəmizləmə maşını ianə olunub.
1news.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov paylaşım edib.
Paylaşımı təqdim edirik:
"Laçın şəhəri günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyirxahlıqla bağlı olan xüsusi günü təcəssüm etdirir. Məhz belə bir tarixdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınının sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna (Qarabağ Dirçəliş Fondu) təqdim olunması qürur və sevinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik!" - deyə, M.Cabbarov qeyd edib.
449