Emin Əmrullayev imtahanda yüksək bal toplayan şəhid anası ilə görüşdü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev imtahanda yüksək bal toplayan şəhid anası ilə görüşdü - FOTO

Qafar Ağayev10:13 - 31 / 08 / 2023
Emin Əmrullayev imtahanda yüksək bal toplayan şəhid anası ilə görüşdü - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev Zaqatalaya səfər zamanı rayonun Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Südabə Qazıyeva ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə nazir feysbuk hesabında yazıb.

“Görüş zamanı müəllimlərin sertifikatlaşdırılması imtahanının nəticələri və rayonda təhsilin keyfiyyəti barədə fikir mübadiləsi apardıq. Sertifikatlaşdırmada ölkə üzrə ən yüksək nəticə əldə edən müəllimlərdən biri olan Südabə Qazıyeva həm də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anasıdır” - nazir qeyd edib.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər