İstanbul Hava Limanı bu tarixlərdə Avropanın ən işlək hava limanı olub
İstanbul Hava Limanı 21-27 avqust tarixləri arasında gündə orta hesabla 1523 uçuşla Avropanın ən çox çox istifadə edilən hava limanı oldu.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 21-27 avqust tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1523 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub. İstanbul hava limanını gündə orta hesabla 1382 uçuşla Amsterdam “Schiphol”, 1377 uçuşla Paris Şarl de Qoll hava limanı izlədi. Sözügedən hesabata görə, Türk Hava Yolları bu tarixlər ərzində gündə orta hesabla 1642 uçuş həyata keçirib.
433