Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏ

Aynurə Xudaverdiyeva10:00 - 02 / 10 / 2023
Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏ

"Azərbaycanlılar mehriban, səxavətli, qonaqpərvərdilər və Bakıda olduğum zamanlarda bu xalq mənlə çox yaxşı davrandı".

Bu sözləri 1news.az-a müsahibəsində avstraliyalı musiqişünas Con Varney deyib.

Con Varneylə geniş müsahibəni diqqətinizə çatdırırıq:

- Salamlayıram sizi. Gəlin, daha yaxından tanış olaq. Necə oldu ki, siz Azərbaycan dilini belə yaxşı öyrəndiniz?

- Mən də sizi salamlayıram. Çox sağ olun ki, bu müsahibəni təşkil etdiniz. Mən Avstraliyanın Brisben şəhərində yaşayıram. Mən azərbaycanca yaxşı bildiyimi düşünmürəm. Bu dili daha yaxşı öyrənməyə, inkişaf etdirməyə çalışıram. Bunun üçün azərbaycanlılarla danışıram. Mən onlara ingilis dilini öyrədirəm, onlar da mənə azərbyacanca öyrədir. Düzü bir azərbaycanlı biləndə ki, mən onun ana dilini öyrənirəm, bu onlara təəccüblü gəlir. Baxmayaraq ki, həm azərbaycanca, həm də ingiliscə tamam fərqli dillərdir, mən yenə də öyrənməyi sevirəm.

- Azərbaycana ilk dəfə nə ilə bağlı gəldiniz?

- Mən ixtisasca musiqişünasam. Kontrabasda ifa üzrə ixtisaslaşaraq, simli alətlərdə ifanın pedaqogikasını öyrənmişəm. Bu sahənin peşəkarlarından biri kimi tanınıram. Kontrabasda ifanı İtaliyanın çox məşhur ifaçılarından öyrəndikdən sonra altı il Cənubi Amerikada, Kolumbiyada işləmişəm. Bundan sonra Avstraliyaya qayıdaraq ixtisasım üzrə çalışıram. Azərbaycana da elə ilk dəfə musiqi konfransı ilə bağlı gəlmişdim. İlk gəlişimdən başa düşdüm ki, bu ölkənin çox gözəl musiqisi var. Bu musiqilər mənə çox təsir etdi.

- Tarda ifa edə bilirsiniz. Necə oldu ki, bu musiqi alətində çalmağı öyrəndiniz?

- Azərbaycanın milli aləti olan tarda da ifa etməyi mənə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səxavət Məmmədov öyrədib. Mən bir çox Azərbaycan musiqiləri tarda ifa edə bilirəm. Bunlardan biri də “Bayatı-Şiraz”, “Sarı gəlin”-dir. Səxavət Məmmədov mənə həm də azərbaycan dilini də öyrədib.

- Bayaq da qeyd etdiniz ki, Azərbaycan və ingilis dilləri fərqlidir. İlk başda azərbaycancanı öyrənəndə nə kimi çətinlikər oldu?

- Azərbaycanca mənə çətin gəlirdi. Bilirsiniz, mühit çox önəmlidir. Mən Avstraliyada azərbaycanlı tanımıram. Əgər ətrafımda çoxlu azərbaycanlı olsa idi, daha da yaxşı öyrənərdim. Amma Azərbaycan dili çox gözəl bir dildir.

- Azərbaycanda olanda zaman ən çox nəyi bəyəndiniz?

- Çox şeyi, məsələn ölkənizin dadlı milli yeməkləri var. Azərbaycanlılar çox qonaqpərvərdilər.

- Azərbaycan xalqı haqqında nə düşünürsünüz?

- Azərbaycanlılar mehriban, səxavətli, qonaqpərvərdilər. Bakıda olduğum zamanlarda sizin xalq mənlə çox yaxşı davrandı.

- Əgər Azərbaycanda Avstraliya səfirliyi açılsa, fəaliyyət göstərmək istərdiniz?

- Bu çox gözəl təşəbbüs olardı. Bəli, əlbəttə istəyərdim. Bu dili başa düşüb, danışa bildiyim üçün Azərbaycanda yaşamaq mənə çətin olmazdı.

- Yenidən Azərbaycana qayıtmaq planınız var?

- Bəli, çox istəyirəm. Amma hazırda biletlər çox bahadır. Əgər alınsa, bu ilin dekabrında yenidən Bakıya gələcəm.

- Azərbaycana və Azərbaycan dilinə olan sevginizə görə təşəkkür edirik!

- Minnətdaram! Çox sağ olun!

Paylaş:
1609

Son xəbərlər

Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 13:46Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Şuşada mina partlayıb, bir nəfər xəsarət alıbBu gün, 12:18Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıbBu gün, 10:36Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydıBu gün, 10:24
Bütün xəbərlər

Next TV