Ankarada kömür mədənində çökmə olub, 15 nəfər yaralanıb - YENİLƏNİB
Ankarada kömür mədənində baş verən çökmə nəticəsində 1-i ağır olmaqla, 15 mədən işçisi yaralanıb.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə saat 11:00 radələrində rayonun Hırkatəpə məhəlləsində özəl şirkətə məxsus kömür mədənində olub.
"Beypazarı rayonunun Hırkatəpə məhəlləsindəki kömür mədənində torpağın çökməsi ilə yaranan hava təzyiqi nəticəsində təhlükəsiz zonada işləyən 15 şaxtaçımız yüngül xəsarət alıb. Onlardan 3-ü xəstəxanada həkimlərin müşahidəsi altındadır", - Ankara valiliyi bildirib.
13:35
Ankaranın Beypazarı rayonunda kömür mədənində çökmə baş verib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticəsində 1-i ağır olmaqla 13 mədən işçisi yaralanıb. Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb.