Ərdoğan və Zelenski arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan və Zelenski arasında telefon danışığı olub

17:19 - 21 / 10 / 2023
Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar.

Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.

Qeyd olunub ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır.

Paylaş:
1340

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər