Qazaxıstanda birgünlük matəm elan olunub | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanda birgünlük matəm elan olunub

12:16 - 28 / 10 / 2023
Qazaxıstanda birgünlük matəm elan olunub

Qazaxıstanda Karaqanda daş kömür şaxtasında baş verən qəzanın qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub.

1news.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. O, həmçinin hadiə yerinə gedib.

Xatırladaq ki, Karaqandada yerləşən daş kömür şaxtasında metan qazının partlaması zamanı baş verən yanğınla bağlı indiyədək 21 işçinin meyiti aşkarlanaraq çıxarılıb, daha 23 nəfər isə orada qalıb. Hadisə zamanı şaxtada 252 nəfər olub.

Paylaş:
751

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər