“Translogistica Caspian”: Zəngin işgüzar proqramla sahənin vacib məqamları diqqət mərkəzində - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Translogistica Caspian”: Zəngin işgüzar proqramla sahənin vacib məqamları diqqət mərkəzində - FOTO

17:46 - 27 / 05 / 2024
“Translogistica Caspian”: Zəngin işgüzar proqramla sahənin vacib məqamları diqqət mərkəzində - FOTO

4-6 iyun tarixlərində Azərbaycanda region üçün mühüm əhəmiyyət daşıyan tədbir - 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi təşkil ediləcəkdir. Bakı Enerji Həftəsi ilə eyni tarixlərə təsadüf edən sərgi Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.

“TransLogistica Caspian” sərgisinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.

Sərginin qızıl sponsoru qismində “Railgo” şirkəti çıxış edir.

“TransLogistica Caspian” sərgisində kommersiya şirkətləri ilə yanaşı dövlət strukturlarının nümayəndələri də iştirak edəcəkdir. Bu isə öz növbəsində sərgi iştirakçılarına və sahə peşəkarlarına həm Azərbaycanın, həm də region ölkələrinin dövlət-nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır.

Sərginin əhəmiyyətini vurğulayan əsas məqamlardan biri təqdim olunacaq zəngin və faydalı işgüzar proqramdır. Tədbirin proqramında əks olunan əsas və diqqətçəkən mövzular aşağıdakılardan ibarətdir:

4 iyun - 15:40 - 16:10

"Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri" - Panel diskussiyası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini mütəxəssislərinin iştirakı ilə keçiriləcəkdir.

5 iyun - 11:40 - 12:20

“İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı” – Mövzu üzrə müzakirələr “Azərbaycan Dəmir Yolları” (ADY) QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri, eləcə də tanınmış avto-bloqqerlərin iştirakı ilə təşkil ediləcəkdir.

5 iyun - 12:30 - 13:00

“Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi” – Panel diskussiyası zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin mütəxəssislərinin iştirakı ilə mövzu ilə bağlı əsas məqamlara toxunulacaqdır.

5 iyun - 15:00 - 15:50

“Orta Dəhliz: perspektivlər və çağırışlar” – Son zamanlar aktual olan bu mövzu üzrə müzakirələr "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin mütəxəssislərinin iştirakı ilə aparılacaqdır.

Sərginin işgüzar proqramı üzrə ətraflı məlumatla rəsmi sayta keçid alaraq, tanış olmaq mümkündür: https://translogistica.az/az/tedbirler-proqrami

“TransLogistica Caspian” sərgisi zamanı yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər də baş tutacaqdır.

İyun ayında keçiləcək üç günlük sərgidə Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan, İsveçrə, Latviya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcəklər.

“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli platformadır. Ənənəvi olaraq bu ilki tədbirdə də aviasiya, dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edəcəkdir. Logistika proseslərinin optimallaşdırılması, orta və böyük biznes üçün proqram təminatının hazırlanması və İT həllərin tətbiqi, eləcə də təchizat zəncirinin idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması kimi mövzular, şübhəsiz, yeni və faydalı müzakirələrə yol açaqdır.

Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

“TransLogistica Caspian” sərgisi haqqında ərtaflı məlumatı https://translogistica.az saytından və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Paylaş:
455

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər