MİQ imtahanlarının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MİQ imtahanlarının vaxtı açıqlanıb

Qafar Ağayev11:02 - 26 / 06 / 2024
MİQ imtahanlarının vaxtı açıqlanıb

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə 1news.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

Paylaş:
392

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər