Qəbələdə Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa edilib

Qafar Ağayev12:00 - 26 / 06 / 2024
Qəbələdə Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində 2 ədəd irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.

1news.az nazirliyin saytına istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Paylaş:
227

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər