İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Qafar Ağayev13:10 - 26 / 06 / 2024
İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

​​​​​Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.

Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd etdi.

Dövlətimizin başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirdi. Dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi.

Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğuladı və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini dedi.

Dövlətimizin başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da ölkələrimizin sıx təmasda olduğunu vurğuladı.

Azərbaycan Prezidenti əməkdaşlığımızın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu və qeyd etdi ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.

Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Qəbula görə minnətdarlığını ifadə edən İtaliyanın müdafiə naziri Quido Krosetto 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Qonaq Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırladı.

Ölkəmizə böyük nümayəndə heyəti ilə gəlməsinin və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin burada olmasının önəmini qeyd edən Quido Krosetto müdafiə sənayesi sahəsində əməkdaşlığımızın başlanmasından məmnunluğunu bildirdi.

***

12:53

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.

Paylaş:
203

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!28 / 06 / 2024, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib28 / 06 / 2024, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilir28 / 06 / 2024, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunub28 / 06 / 2024, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib28 / 06 / 2024, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb28 / 06 / 2024, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıb28 / 06 / 2024, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTO28 / 06 / 2024, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib28 / 06 / 2024, 16:58Bakının iki rayonunda işıq olmayacaq28 / 06 / 2024, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb28 / 06 / 2024, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib28 / 06 / 2024, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO28 / 06 / 2024, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir28 / 06 / 2024, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB28 / 06 / 2024, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı28 / 06 / 2024, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər28 / 06 / 2024, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib28 / 06 / 2024, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB28 / 06 / 2024, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAM28 / 06 / 2024, 15:08
Bütün xəbərlər