Moody’s Ratings beynəlxalq agentliyi Xalq Bankın reytinqini yüksəltdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Moody’s Ratings beynəlxalq agentliyi Xalq Bankın reytinqini yüksəltdi

18:13 - 09 / 07 / 2024
Moody’s Ratings beynəlxalq agentliyi Xalq Bankın reytinqini yüksəltdi

Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2023-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib.

Moody’s Ratings Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba2/NP səviyyəsinə yüksəldib.

Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini ehtiyatdan öncə sağlam gəlir yarada bilmə qabiliyyəti, 2023-cü ilin sonuna 16.1%-lik TCE/RWA göstəricisi ilə güclü kapital mövqeyini təmin etməsi, sabit depozit portfeli və aşağı bazar asılılığı ilə formalaşmış güclü maliyyələşmə profili, həmçinin yuxarı likvidlik buferi (2023-cü ilin sonunda aktivlərin 24%-i) ilə əlaqələndirir.

Hesabatda yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi üzrə Ba3 göstəricisi Bankın kredit və depozit üzrə iri bazar payına malik olması ilə əsaslandırılır.

Agentlik hesabatda Xalq Bankın uzunmüddətli depozit reytinqləri üzrə növbəti 12-18 ay ərzində sağlam əsaslarını qoruyub saxlayacağı istiqamətində müsbət gözləntilərini əks etdirir.

Qeyd edək ki, bu il 20 illiyini qeyd edən ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını davam etdirir. 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
289

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər