“Formula 1” Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula 1” Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Qafar Ağayev22:06 - 13 / 08 / 2024
“Formula 1” Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda keçiriləcək 2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

1news.az xəbər verir ki, avqust ayının 13-ü saat 23:00-dan səhər saat 06:00-a qədər mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.

Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, "Azadlıq" kəsişməsindən "Puşkin" kəsişməsinə qədər,

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Xaqani-Rəşid Behbudov" və "Xaqani-Azadlıq" kəsişmələri arası,

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Bülbül-Xaqani" və "Rəşid Behbudov-Xaqani" kəsişmələri arası.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

Paylaş:
407

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər