Hesabat: “İndiyədək təşviqat kampaniyasına müdaxilə faktı qeydə alınmayıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hesabat: “İndiyədək təşviqat kampaniyasına müdaxilə faktı qeydə alınmayıb”

12:38 - 20 / 08 / 2024
Hesabat: “İndiyədək təşviqat kampaniyasına müdaxilə faktı qeydə alınmayıb”

“Bugünkü tarixə olan məlumata görə, təşviqat kampaniyası ilə əlaqədar keçirilən tədbir, görüşlərdə, həmçinin təşviqat materiallarının paylanmasında hər hansı müdaxilə haqqında heç bir fakt qeydə alınmayıb”.

1news.az-ın “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən məlumatına görə, bu, “Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyası növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası avqustun 9-dan etibarən başlanıb. Seçki Məcəlləsinin tələblərinə görə, təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının Təqvim Planına və Seçki Məcəlləsinin tələblərinə, həmçinin digər təlimatlara və hüquqi aktlara uyğun olaraq aparılır. Seçkilərin keçirilməsi üçün məntəqə seçki komissiyaları formalaşıb. Məntəqələrin kifayət qədər avadanlıqları, inventarı, lazım olan digər vasitələri var. Məntəqələr bunların hamısı ilə təmin olunub.

Sənəddə vurğulanıb ki, hər bir seçki məntəqəsinin qarşısında təşviqat lövhəsi var: “Orada namizədlər öz plakatlarını yerləşdiriblər. Lakin ilkin müşahidələrimiz göstərir ki, bəzən namizədlər arasında qeyri-sağlam rəqabət aparılması, nəticədə təbliğat plakatlarının bəzi məntəqə ərazilərində posterlərin qəsdən yararsız vəziyyətə salınması ilə müşahidə olunur. Lakin bu, kütləvi hal daşımır. Bəzi plakatlarda zəruri rekivizit məlumatlarının olmaması ilə əlaqədar məlumatlar da daxil olur”, - deyə hesabatda bildirilib.

Qeyd edilib ki, təşviqat kampaniyası dövründə kütləvi aksiyalar və seçicilərlə görüşlər üçün kifayət qədər sayda yerlərin ayrılması (açıq havada yerlər və zallar) seçki marafonuna qoşulan siyasi qüvvələrin, namizədlərin sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməsi sahəsində problemlərin müşahidə edilməyəcəyini söyləməyə imkan verir.

Paylaş:
150

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər