“Yaprak dökümü”nün aktrisası vəfat etdi - FOTO
“Yaprak dökümü” serialı ilə yaddaşlara həkk olunan Bedia Ener Öztep 70 yaşında dünyasını dəyişib.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın sosial şəbəkə hesabında fotosu və “Hələlik. Mən mələk oldum” cümləsi paylaşılıb.
Aktrisanın həyat yoldaşı Çetin Öztep də dünyasını dəyişən yoldaşı ilə bağlı “Eşqim artıq mələk oldu” yazaraq kədərini bölüşüb. Qeyd edək ki, onun ölüm səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib.
Xatırladaq ki, o, “Kırık Kanatlar”, “Bir Zamanlar Osmanlı”, “Ada Masalı” və “Mahallenin Muhtarları” kimi seriallara çəkilib. B.Ener film və seriallarla yanaşı, teatr və dublaj sahəsində də aktiv fəaliyyət göstərib.
108