DVX rəisi: Aktiv vergi ödəyicilərinin sayı 5 ildə 1,8 dəfə artıb

"Aktiv vergi ödəyicilərinin sayına baxsaq, bu göstərici 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 800 mini keçib”.
1news.az xəbər verir ki, bu fikirləri “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
“İqtisadi sistem üçün əhəmiyyətli hesab etdiyimiz kateqoriya, yəni ƏDV ödəyicilərinin sayı 52,8 min təşkil edir. Burada da 3 dəfəyə yaxına artım var".
135