Süni intellekt artıq beyin oxuyacaq: 80% dəqiqliklə təxmin edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Süni intellekt artıq beyin oxuyacaq: 80% dəqiqliklə təxmin edir

Qafar Ağayev12:47 - 17 / 02 / 2025
Süni intellekt artıq beyin oxuyacaq: 80% dəqiqliklə təxmin edir

Meta şirkətinin süni intellekt tədqiqatçıları, insan beynində formalaşan cümlələri 80% dəqiqliklə təxmin edə bilən model hazırlayıblar.

1news.az ntv.com.tr-yə istinadən xəbər verir ki, yenilik sayəsində, beynə çip yerləşdirilməsinə ehtiyac yoxdur.

İki ölçmə metodu birləşdirildi

Bu texnologiya, Elektroensefaloqrafiya (EEQ) və Maqnetoensefaloqrafiya (MEQ) metodlarını birləşdirir. EEQ beyindəki elektrik siqnallarını, MEQ isə maqnit sahələrini ölçür. Bu yanaşma təkcə EEQ-dan istifadə etməyə nisbətən ən azı iki dəfə daha effektivdir.

Beyin dalğalarından mətnə

Araşdırmalarda 35 könüllünün beyin aktivliyi, onların klaviaturada yazdığı cümlələr əsasında öyrənilib. Süni intellekt, yeni testlərdə yazılan simvolları 80% dəqiqliklə müəyyən edib. Məqsəd yalnız düşüncələri mətnə çevirmək deyil, həm də onların necə sözlərə töküldüyünü anlamaqdır.

Danışa bilməyənlər üçün ünsiyyət imkanı

Bu texnologiya, danışma qabiliyyətini itirmiş insanların düşüncələri ilə ünsiyyət qurmasına kömək edə bilər. Lakin indiyə qədər testlər yalnız sağlam insanlarla aparılıb.

Hazırda texnologiyanın geniş istifadəsi üçün texniki problemlər qalmaqdadır. MEQ ölçmələri xüsusi maqnit izolyasiyalı otaq tələb edir, cihazlar isə gündəlik istifadə üçün çox böyükdür. Gələcəkdə bu sahədə irəliləyişlər gözlənilir.

Paylaş:
169

Son xəbərlər

Bütün xəbərlər