Tramp Konqresdə Ukrayna və Rusiya arasında sülhdən danışıb: “Onlar da istəyir” | 1news.az | Xəbərlər
Dünya

Tramp Konqresdə Ukrayna və Rusiya arasında sülhdən danışıb: “Onlar da istəyir”

Qafar Ağayev09:58 - 05 / 03 / 2025
Tramp Konqresdə Ukrayna və Rusiya arasında sülhdən danışıb: “Onlar da istəyir”

ABŞ Prezidenti Donald Tramp, ikinci prezidentlik dövrünün ilk birgə Konqres iclasında mühüm açıqlamalar verib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskidən məktub aldığını bildirib.

Trampın sözlərinə görə, Zelenski məktubunda Ukraynanın danışıqlar masasına oturmağa hazır olduğunu qeyd edib: "Zelenskinin məktubunda “Trampın güclü liderliyi altında sülh üçün işləməyə hazırıq” ifadələri qeyd olunub. Bundan əlavə, Ukrayna dəyərli mədənlər sazişini imzalamağa da hazır olduğunu bildirilib.

ABŞ Prezidenti həmçinin Rusiyanın da sülh üçün hazır olduğunu bəyan edib: “Rusiya ilə də danışdım. Onlar da sülh istəyir” – deyə Tramp əlavə edib.

Bu açıqlamalar Ukrayna və Rusiya arasında davam edən müharibədə sülh perspektivlərini yenidən gündəmə gətirib.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər