Milli Məclisin deputatları MDB PA-nın iclasında iştirak ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatları MDB PA-nın iclasında iştirak ediblər

Qafar Ağayev16:59 - 11 / 03 / 2025
Milli Məclisin deputatları MDB PA-nın iclasında iştirak ediblər

Martın 11-də Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvləri – MDB PA-nın Nəzarət-büdcə komissiyasının sədr müavini Xanlar Fətiyev və komissiyanın üzvü Azər Badamov iştirak ediblər.

İclasda 2024-cü il üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2025-ci il üzrə qurumun büdcəsinin formalaşması, “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” MDB PA Şurasının qərar layihəsi, MDB PA-nın Nəzarət-büdcə Komissiyasının 2024-cü ildəki fəaliyyətinin yekunları və digər məsələlər müzakirə edilib.

Paylaş:
134

Son xəbərlər

Bütün xəbərlər