Qaradağda yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda yaşayış binasında yanğın olub

Qafar Ağayev17:14 - 11 / 03 / 2025
Qaradağda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 51 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 25 m² sahədə və qismən 1 ədəd qapı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər