Bərdədə təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarı dayandırılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarı dayandırılıb - FOTO - VİDEO

Qafar Ağayev12:10 - Bu gün
Bərdədə təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarı dayandırılıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Bərdədə təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarını dayandırıb.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən “Bərdə İnşaat Sənaye” ASC-yə məxsus beton zavodunda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, zavodda istismar olunan 3 ədəd körpülü kranın arabacığının son həddini və qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, körpülü kranların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər