Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib

Qafar Ağayev10:23 - Bu gün
Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib

Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib.

Bu barədə 1new.az-a Bakı Şəhər DYP İdarəsinin məlumat verilib.

Bildirilib ki, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, on beş gün inzibati qaydada həbs edilib.

Paylaş:
128

Son xəbərlər

Bütün xəbərlər