Krit adası qırmızıya büründü | 1news.az | Xəbərlər
Dünya

Krit adası qırmızıya büründü

Oksana Orucova10:46 - Bu gün
Krit adası qırmızıya büründü

Yunanıstana məxsus Krit Adası Afrika istiqamətindən gələn çöl tozunun təsiri ilə qırmızı rəngə boyanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə səbəbindən adada həyat çətinləşib, görmə məsafəsi isə xeyli azalıb.
Pis hava şəraiti səbəbindən adaya eniş etməli olan bəzi təyyarələr marşrutlarını dəyişmək məcburiyyətində qalıblar. London şəhərindən havaya qalxan “British Airways” təyyarəsi Korfu istiqamətinə, Brüssel şəhərindən qalxan “Sky Express” təyyarəsi isə Afina şəhərinə yönləndirilib.

Mütəxəssislər xüsusilə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən şəxslərə zəruri olmadıqca çölə çıxmamağı, həmçinin pəncərələri bağlı saxlamağı tövsiyə ediblər.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər