Ərdoğandan erməni icmasına qardaşlıq mesajı | 1news.az | Xəbərlər
Dünya

Ərdoğandan erməni icmasına qardaşlıq mesajı

Qafar Ağayev09:13 - Bu gün
Ərdoğandan erməni icmasına qardaşlıq mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Erməni Patriarxlığında keçirilən dini mərasimə mesaj ünvanlayıb.

1news.az NTV-yə istinadən xəbər verir ki, mesajında Türkiyədəki erməni icmasına sülh və qardaşlıq çağırışı edən dövlət başçısı çıxışına Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyan və icma üzvlərini salamlayaraq başlayıb.

Prezident qeyd edib ki, Birinci Dünya müharibəsinin çətin şəraitində həyatını itirən Osmanlı ermənilərini bu il də ehtiramla yad edir və onların nəslinə bir daha başsağlığı verir.

O, mesajında vurğulayıb: “daha gözəl günlərə nail olmaq üçün etnik və dini kimliyindən asılı olmayaraq bütün vətəndaşlarımızla birlikdə sülh, barış və qardaşlıq əsasında çalışır, mübarizə aparırıq. Gələcək nəsillərə mənfi xatirələr deyil, həqiqətləri vicdan dili ilə çatdırdığımız bir gələcək miras qoymaq üçün səylərimizi davam etdiririk”.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər