Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat

First News Media12:35 - 14 / 07 / 2026
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat

Azərbaycanda kraudfandinq platformalarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün dövlət rüsumunun məbləği müəyyənləşdirilib.

1news.az xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.


Dəyişikliyə əsasən, hüquqi şəxslər kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil olmaq üçün 2750 manat dövlət rüsumu ödəyəcəklər.

Qanun layihəsi parlamentdə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər