Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 min 561 nəfərə çatdı | 1news.az | Xəbərlər
Dünya

Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 min 561 nəfərə çatdı

First News Media13:36 - Bu gün
Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 min 561 nəfərə çatdı

Venesuelada iyunun 24-də baş verən zəlzələlər nəticəsində həyatını itirənlərin sayının 4 min 561 nəfərə yüksəldiyi açıqlanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges sosial media hesabında təbii fəlakətlə bağlı son məlumatları paylaşıb.

Rodriges bildirib ki, zəlzələlər nəticəsində ölənlərin sayı əvvəlki göstərici ilə müqayisədə 71 nəfər artaraq 4 min 561 nəfərə çatıb. Onun sözlərinə görə, xəsarət alanların sayı isə 16 min 740 nəfər təşkil edir.

Milli Assambleyanın sədri qeyd edib ki, zəlzələdən zərər çəkmiş ərazilərdə 128 min 324 ailəyə humanitar yardım çatdırılıb. Fövqəladə vəziyyət bölgələrində qurulan müvəqqəti çadır şəhərciklərinin sayının isə 107-yə yüksəldiyi bildirilib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər