Braziliyada sərnişin avtobusu aşdı: 10 nəfər həyatını itirdi | 1news.az | Xəbərlər
Dünya

Braziliyada sərnişin avtobusu aşdı: 10 nəfər həyatını itirdi

Oksana Orucova09:35 - Bu gün
Braziliyada sərnişin avtobusu aşdı: 10 nəfər həyatını itirdi

Braziliyanın cənub-şərqində yerləşən Rio-de-Janeyro ştatında turistləri daşıyan sərnişin avtobusu dağlıq yolda aşıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilib.

Rio-de-Janeyro ştatının Yanğınsöndürmə Xidmətinin məlumatına görə, hadisə dünən yerli vaxtla saat 04:30 radələrində Petropolis şəhəri yaxınlığındakı dağlıq yolda baş verib. Turistləri daşıyan avtobus hərəkətdə olarkən aşıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər ilkin olaraq 8 nəfərin öldüyünü müəyyən ediblər. Xəstəxanaya çatdırılan yaralılardan daha 2 nəfərin isə həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirdiyi açıqlanıb.

Braziliya Federal Yol Polisi bildirib ki, avtobus qonşu Minas-Jerays ştatının paytaxtı Belo-Orizonti şəhərindən yola çıxıb və Rio-de-Janeyro şəhərinin çimərliklərinə doğru hərəkət edib.

Qəza səbəbindən yol təxminən 4 saat ərzində nəqliyyatın hərəkəti üçün bağlı qalıb. Daha sonra yol yenidən istifadəyə verilib.

Polis qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər