Tibetdə 5 bal gücündə zəlzələ: Sel həyəcanı elan edildi | 1news.az | Xəbərlər
Dünya

Tibetdə 5 bal gücündə zəlzələ: Sel həyəcanı elan edildi

Oksana Orucova09:37 - Bu gün
Tibetdə 5 bal gücündə zəlzələ: Sel həyəcanı elan edildi

Çinin Nepal sərhədində yerləşən Tibet Muxtar Bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bölgədə sədd gölünün daşması riski səbəbindən 5-ci səviyyəli sel həyəcanı elan edilib.

Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələ Tibetin şimalında 10 kilometr dərinlikdə qeydə alınıb.

“Xinhua” agentliyinin məlumatına əsasən, Çin Su Ehtiyatları Nazirliyi yerli qurumlara sədd gölündəki vəziyyəti və yağıntıları nəzarətdə saxlamaq barədə göstəriş verib.

Qeyd edək ki, Tibetlə sərhəddə yerləşən Nepalda buzlaqın qopması nəticəsində yaranan sel fəlakətində indiyədək 389 nəfərin öldüyü, 910 nəfərin isə itkin düşdüyü bildirilir.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər