Azərbaycan nefti 120 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti 120 dollara yaxınlaşıb

First News Media09:24 - Bu gün
Azərbaycan nefti 120 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,22 dollar və ya 5,5% artaraq 119,54 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər