Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 ölü, 36 yaralı
Səudiyyə Ərəbistanında Əbha və Kral Xalid beynəlxalq hava limanlarına edilən hücumlar nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Əbha hava limanına hücumda Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həyatını itirib, 28 nəfər yaralanıb. Ər-Riyaddakı Kral Xalid hava limanına hücumda isə Sudan vətəndaşı bir nəfər ölüb, 8 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü Türki əl-Maliki bildirib ki, Ər-Riyada hücumda istifadə edilən ballistik raket buraxılış qurğusu Yəmənin paytaxtı Sənada məhv edilib.
İranın dəstəklədiyi husilər Ər-Riyad və Əbha hava limanlarını ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını açıqlayıblar.












