Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs “Diriliş Ərtoğrul” serialının aktyoruymuş | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs “Diriliş Ərtoğrul” serialının aktyoruymuş

1news Redaksiyası11:00 - Bu gün
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs “Diriliş Ərtoğrul” serialının aktyoruymuş

Xəbər verdiyimiz kimi, Azərbaycanın Baş Prokurorluğu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini radikalizm zəminində zorakılığa çağırışlara görə Türkiyədə yaşayan 7 nəfər barəsində beynəlxalq axtarış elan edib.

1news.az xəbər verir ki, beynəlxalq axtarışa verilən şəxslərdən birinin Türkiyəli aktyor Abdurrahman Tümer olduğu müəyyənləşib.

Azərbaycan əleyhinə çağırışları ilə gündəmə gələn A. Tümer aktyorluqla yanaşı, şair, yazıçı, ssenarist və televiziya şərhçisi kimi də fəaliyyət göstərir. O, tamaşaçılara daha çox “Diriliş Ərtoğrul” tarixi serialında canlandırdığı Bey obrazı ilə tanışdır.

Qeyd edək ki, Baş Prokurorluq Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslər barəsində sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycana qarşı dini nifrət və düşmənçiliyi qızışdırmağa yönəlmiş materialların yayılması ilə əlaqədar beynəlxalq axtarış elan edib.

Həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcək.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər