Qaxda məktəbdə yıxılan şagird xəstəxanaya yerləşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda məktəbdə yıxılan şagird xəstəxanaya yerləşdirildi

1news Redaksiyası15:39 - Bu gün
Qaxda məktəbdə yıxılan şagird xəstəxanaya yerləşdirildi

Qaxda məktəbdə yıxılan şagird xəsarət alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Zəyəm kəndində baş verib.

Kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb.

9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssəsinə göndərilib.

Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-da davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər