Agentlik sədrindən turizm sənayesinin nümayəndələrinə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik sədrindən turizm sənayesinin nümayəndələrinə MÜRACİƏT

16:10 - 26 / 03 / 2020
Agentlik sədrindən turizm sənayesinin nümayəndələrinə MÜRACİƏT

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət edib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Sevindirici haldır ki, bir çox sənaye nümayəndələri hazırkı çətin dövrdə sosial məsuliyyətin əhəmiyyətini anlayaraq çağırışımıza müsbət cavab verdilər.

Bu hal dövlət tərəfindən yüksək qiymətləndirilir. Sosial məsuliyyətə əməl edərək sənayenin gələcək inkişaf perspektivlərini nəzərə alan sahibkarlar dövlətin diqqətindədir və tətbiq olunan məhdudiyyətlərin turizm sənayesinə təsirlərinin azaldılması istiqamətində ilk iş məhz sahibkarlara dövlət dəstəyinin verilməsi olacaq.

Biz sənayenin digər üzvlərini də sosial məsuliyyətlilik sərgiləyən, sosial-mənəvi öhdəlikləri yerinə yetirən sənaye təmsilçilərinə qoşulmağa dəvət edirik.

Hazırda həm Bakıda, həm də regionda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızı karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur.

Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qorumaqla yanaşı hotellərin doluluğunu da təmin edir.   

Biz karantin rejimində vətəndaşlara xidmət göstərən hotellərin bütün sıravi işçiləri və rəhbərliyi daxil olmaqla işçi heyətinə təşəkkür edir, bu çətin və məsuliyyətli dövrdə göstərdikləri fədakarlığa və əzmə görə minnətdarlığımızı bildiririk.

Əmin ola bilərsiniz ki, Dövlət Turizm Agentliyinin əməkdaşları, bütün aidiyyatı dövlət qurumları ilə birlikdə qlobal böhran nəticəsində ölkəmizin turizm sənayesinə dəyən zərərin minimuma endirilməsi üçün bütün gücləri ilə çalışırlar və ən qısa müddətdə sənayeyə dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri ilə bağlı işlər yekunlaşacaq.  

Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olaraq turizmin böhrandan sonrakı dövrdə daha sürətlə inkişaf edəcəyinə inanırıq.

Azərbaycanı turizm ölkəsinə çevirmək üçün bu günədək nümayiş etdirdiyimiz həmrəyliyimizi ölkəmizin və cəmiyyətimizin qarşılaşdığı bu çətin günlərdə də göstərməliyik.

Bir daha tövsiyələrə və çağırışlara müsbət cavab verən bütün sahibkarlara təşəkkür edir, hər kəsi sosial məsuliyyətlilik nümayiş etdirməyə çağırırıq.

Əminliklə bildiririk ki, gücümüz birliyimizdədir və məhz birlikdə bütün çətinliklərin öhdəsindən gələrək daha böyük işlərə imza ata bilərik".

Qafar Ağayev

 

Paylaş:
540

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər