Azərbaycanlı həkimlərin elmi məqaləsi “Transplantation Proceedings” jurnalında dərc olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı həkimlərin elmi məqaləsi “Transplantation Proceedings” jurnalında dərc olunub

16:43 - 16 / 09 / 2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi “Transplantation Proceedings” jurnalında dərc olunub

Mərkəzi Gömrük Hospitalın ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, radioloqu Emin Məmmədov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovun “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunub.

1news.az-ın məlumatına görə, “Elsevier” dünyanın ən nəhəng nəşriyyat evlərindən biri olaraq  hər il dünyada nəşr olunan bütün jurnalların məqalələrinin dörddə bir hissəsini çap edir. “Elsever” nəşriyyat evi 15 milyondan çox oxucunu əhatə edir. 1880-ci ildə Hollandiyanın Amsterdam şəhərində əsası qoyulan bu nəşriyyatın Böyük Britaniyada, ABŞ-da, Braziliyada və digər ölkələrdə filialları fəaliyyət göstərir.

Məqalədə canlıdan qaraciyər transplantasiyası zamanı potensial donorların seçilməsində radioloji görüntüləmənin rolu barədə məlumat verilir. Kompüter tomoqrafiyası donor qaraciyərinin parenximasında yağ infiltrasiyasının dərəcəsinin qiymətləndirilməsini, qaraciyərin həcminin ölçülməsini, damar anatomiyasının müəyyənləşdirilməsini təmin edir. Azərbaycanlı müəlliflərin qənaətinə görə qaraciyər transplantasiyası üçün donor kimi müayinə olunan hər 10 namizəddən 8-dən multidetektorlu KT nəticələrinə əsasən imtina edilib. 

Məqalə spesifik mövzu olan qaraciyər transplantasiyası və donor seçimi mövzunu əhatə etdiyi üçün məqalənin tam mətnini jurnalın elektron səhifəsindən izləyə biləcəyiniz linki nəzərinizə çatdırırıq: https://www.sciencedirect.com/science/article/abs/pii/S0041134519302350

1news.az

Paylaş:
506

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər