1news.az

“Azərişıq”  gücləndirilmiş iş rejiminə keçdi

25 Fevral saat 12:26 ~ 1 dəqiqəlik oxu 94
“Azərişıq”  gücləndirilmiş iş rejiminə keçdi

Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Qurumun mətbuat xidmətindən 1news.az-a veriən məlumata görə,  hazırda önləmə tədbirləri iki regionda olan 10-a yaxın rayon və qəsəbəni əhatə edir.

Məlumata görə, hazırda “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-yə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonlarının və Yalama qəsəbəsinin ərazisində güclü külək müşahidə edilir.

“Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur”-deyə məlumatda bildirilir.

“Azərişıq” abunəçilərdən xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net