1news.az

Bakıya 100 yeni elektrik taksisi gətiriləcək

29 Yanvar saat 17:23 ~ 1 dəqiqəlik oxu 491
Bakıya 100 yeni elektrik taksisi gətiriləcək

Bu ilin ilk 3 ayı ərzində Bakıya 100 ədəd elektriklə işləyən taksilər gətiriləcək.

1news.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, gətiriləcək avtomobillər hibrid deyil: "Yeni avtomobillər hibrid deyil, elektromobil taksilərdir. Hal hazırda ölkəyə nümunə üçün bir ədəd avtomobil gətirilib.

Elektromobil taksilərlə yanaşı, köhnə avtomobillər, yəni TX4 markalı taksilər də fəaliyyətlərinə davam edəcəklər.

Elektromobil taksilər TX5 markalı avtomobillərdir. Yeni taksilərin köhnə (TX4) markalı taksilərdən fərqli cəhətləri var. TX5 markalı yeni taksilərin rahatlığı tam təmin etmək üçün altı nəfərlik geniş salonu var. Bu taksilərdə Android sistemi, Brayl əlifbası, taksometrlər, post terminal cihazları quraşdırılıb, sensor sistemlərlə təchiz olunub".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net