1news.az

Beyrutda hökumət əleyhinə etirazlar başladı - FOTO

7 Avqust saat 13:42 ~ 1 dəqiqəlik oxu 3880
Beyrutda hökumət əleyhinə etirazlar başladı - FOTO

Livanın Beyrut limanında partlayışdan sonra əhali hökumətə qarşı etirazlara başlayıb.

1news.az oxu.az-a istinadən xəbər verir ki, etirazçılar parlament binasının qarşısına toplaşıblar.

Onlarla polis arasında toqquşma zamanı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Livan hökuməti Beyrut partlayışına görə 16 nəfərin saxlanıldığını açıqlayıb. Eyni zamanda, iki dövlət məmuru istefa edib. Millət vəkili Marvan Hamadeh mandatından imtina edib. Livanın İordaniyadakı səfiri Treysi Xamoun Livan rəhbərliyinin dəyişikliyə ehtiyacı olduğunu bildirib.

Dünən Fransa Prezidenti Emmanuel Makron Beyruta gedib və Livan hökumətində "əsaslı dəyişiklik" lazım olduğunu deyib, faktla bağlı beynəlxalq araşdırma üçün çağırış edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net