Binə qəsəbəsində bələdiyyə sədri 3000 manat cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Binə qəsəbəsində bələdiyyə sədri 3000 manat cərimələndi

14:41 - 16 / 09 / 2020
Binə qəsəbəsində bələdiyyə sədri 3000 manat cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonları ərazilərində reydlər keçiriblər.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, sentyabrın 11-də keçirilən reydlər zamanı Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci (atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilərək 600 manat məbləğində cərimələnib.

Sentyabrın 14-də keçirilən reydlər zamanı isə Abşeron rayonunun Hökməli qəsəbəsində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədri R.Orucov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qafar Ağayev

Paylaş:
510

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər