1news.az

Buffon “Paris Sen-Jermen” klubundan ayrıldı – RƏSMİ

6 İyun saat 15:14 bir dəqiqəlik oxu 138
Buffon “Paris Sen-Jermen” klubundan ayrıldı – RƏSMİ

Fransanın “Paris Sen-Jermen” klubu italiyalı qapıçı Canluici Buffonun komandadan ayrıldığını açıqlayıb.

1news.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, italiyalı qapıçı 2017-ci ildə İtaliyanın "Yuventus" klubundan “Paris Sen-Jermen”ə transfer edilib. O, cari mövsümdə 25 oyun keçirib.

C.Buffon, həmçinin “Paris Sen-Jermen”nin heyətində Fransa çempionu olub.

Daha əvvəl verilən məlumatlarda “Paris Sen-Jermen” klubunun Canluici Buffonla müqavilənin müddətini uzadacağı bildirilirdi.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net