1news.az

ClimateLaunchpad: Bakının gənc ixtiraçıları Amsterdamda keçirilən iqlim və enerji üzrə startaplar müsabiqəsində - FOTO

6 Dekabr saat 16:25 ~ 8 dəqiqəlik oxu 18220
ClimateLaunchpad: Bakının gənc ixtiraçıları Amsterdamda keçirilən iqlim və enerji üzrə startaplar müsabiqəsində - FOTO

Bu il iki gənc ixtiraçımız yaşıl texnologiyalar sahəsinə aid biznes ideyalar üzrə Climatelaunchpad beynəlxalq müsabiqənin milli mərhələsinin finalına çıxdılar. Final noyabrın ortalarında Amsterdamda keçirilmişdir.

Bakılı məktəbli Aydan Qədirzadənin komandası Airflec layihəsi ilə və Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Güllü Hüseynlinin komandası Climasel layihəsi ilə final mərhələsinə qədər yüksəlmişlər.

Hər iki layihə müasir cəmiyyətdə enerjiyə qənaət və alternativ enerji mənbələri kimi aktual mövzulara toxunur. Və hər iki ixtiranın başlıca məqsədi ətraf mühitə mənfi təsiri azaltmaqdan ibarətdir.

ClimateLaunchpad – yaşıl texnologiyalar sahəsinə aid olan startapların ən böyük beynəlxalq müsabiqəsidir, məqsədi də parlaq və perspektivli ideyaları aşkar etmək və onların dayanaqlı biznes layihələrə çevrilməsinə dəstək verməkdir.

Müsabiqə, Avropa İttifaqının «Horizon-2020» elmi-tədqiqat layihəsinin tərkib hissəsi olan Avropa innovasiya və texnologiya institutun (EIT Climate-KIC) dəstəyi ilə 2014-cü ildən başlayaraq hər il keçirilir. Aİ-nin «Horizon-2020» çərçivə proqramı qabaqcıl texnologiyaların, ixtiralar və perspektivli kəşflərin sayının artırılmasına hədəflənib ki, bunun da başlıca yolu ideyaların elmi laboratoriyalardan bazara çıxarılmasından keçir.

Müsabiqədə iştirak edən startaplar dünyanın bütün ölkələrindən təqdim olunur və onların sayı ilbəil çoxalır. 2019-cu ildə müsabiqəyə 55 ölkədən startaplar təqdim olunmuşdur. Azərbaycan bu yarışmaya 2017-ci ildən qatılıb. Ölkəmizdə Climatelaunchpad müsabiqəsinin milli mərhələsini və qaliblərin seçilməsini Social Innovations Lab (SIL) təşkil edir və beləliklə gənc startapçılarla ClimateLaunchpad müsabiqəsi arasında bir körpü rolunu oynayır.

SIL-nin Bakıdakı icraçı direktoru Mehin Cəbrayılova deyir ki, qarşıdan gələn müsabiqə haqqında elan ölkəmizdə hər il sosial şəbəkələr vasitəsi ilə dərc olunur. Burada, iqlim innovasiyalar və bərpa olunan enerji üzrə original biznes ideyaları olan şəxslər iştirak edə bilər.

Fotoda: M.Cəbrayılova (SIL)

Adətən, ərizəçilərin arasından milli mərhələyə 10 yarımfinalçı seçilir. İkinci mərhələdə isə yarımfinalçıların içindən iki ən yaxşı layihə seçilir. Seçim, peşəkar münsiflər heyəti tərəfindən həyata keçirilir.

Beləliklə, məhz onlar – milli mərhələnin qalibləri Akselerasiya proqramına qoşulurlar, hansının vasitəsilə gənc sahibkarlar startap şirkətlər və layihəyə sərmayə cəlb etmək mövzuları üzrə aparıcı beynəlxalq və yerli təlimçilərin təlimlərində iştirak imkanı qazanırlar.

İştirak edən hər ölkədən iki finalçı Climatelaunchpad müsabiqəsinin hər il noyabrda təşkil olunan finalında təmənnasız iştirak hüququnu qazanır. Müsabiqə, ildə bir dəfə müxtəlif ölkələrdə keçirilir.

Airflec – elektromobillər üçün böyük yürüş

17 yaşlı Aydan Qədirzadə, atası və qardaşı ilə bir komandada olaraq müsabiqəyə hərəkətdə olan avtomobilin ətrafında yaranan havadan elektrik enerjisi istehsal edən bir cihaz təqdim etmişdir.

“Hesablarımıza əsasən, elektromobilin orta yürüş uzunluğu cəmi 135 km təşkil edir. Bu, akkumulyatoru tam dolu halda olan maşının gedə biləcəyi məsafədir. Bir çox sürücülər üçün isə bu, əsl problemdir, hansı ki onları ekoloji avtomobil almaqdan çəkindirir. Bizim cihaz isə yürüşün orta uzunluğunu 10%-ə, yəni 150 km-ə qədər uzatmağa imkan verir”, - Aydan, akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi belə deyir.

O, həm də qeyd edir ki, küləkli hava şəraitində cihaz, maşın dayanan vəziyyətdə belə elektrik enerjisini istehsal etmək qadirindədir ki, bu da akkumulyatorun doldurulmasına sərf olunacaq vaxtı qısaldır.

«İndiyə qədər biz layihəmizin cizgisini, animasiyasını və cihazımızın iki prototipini hazırlayaraq, üçüncüsünün üzərində işləyirik. Artıq ikinci prototipin Jeep tipli avtomobilin üzərində testini də keçirmişik. İndi isə hər üç prototipin təkmilləşməsi, o cümlədən dizaynın üzərində işləyirik”, - bu sözləri Amsterdamda keçirilən müsabiqənin finalında ideyasını təqdim edən Aydan deyir.

Fotoda: A.Qədirzadə (Airflec)

Airflec adlı startap, yaradıcılarının düşüncəsinə görə, böyük biznes potensiala malikdir, çünki qlobal trend onu göstərir ki, ətraf mühitə zərər verən ənənəvi yanacaqla işləyən maşınların sayı getdikcə azalmaqdadır. Artıq Qərb ölkələrin bir çoxunda onların istifadəsinə qadağa da qoyulmuşdur.

«Bu cür məhdudlaşdırıcı tədbirlər elektromobillərə olan tələbatın getdikcə çoxalmasına gətirib çıxaracaq, bununla belə, onların istifadəsində qısa yürüş məsafəsi kimi bir problem var. Bizim cihaz isə bu problemi müəyyən dərəcədə həll edir. Prototiplərin üzərində işləyəndə biz sürücülər arasında sorğu keçirmişdik və bu qənaətə gəldik ki, bu cür innovasiyalara həqiqətən də maraq var”, - Aydan belə deyir.

Airflec startapı Climatelaunchpad müsabiqəsinə qəbul edilənədək o, artıq bir neçə yerli müsabiqədə qalibiyyət qazanmışdır. Dekabr ayında isə Aydanın komandası Respublika innovasiya müsabiqəsində iştirak edəcək, harada ki onun startapı təqdim olunan 200 ideyaların içindən seçilən 18 layihələrdən biri olmuşdur. Əlbəttə, komanda uğur qazanacağına ümid edir, o cümlədən ona görə ki, bu, ona əldə ediləcək pul mükafatını layihənin təkmilləşməsinə yönəltməyə imkan yaradacaq.

Climasel – ekoloji temperatur rejimi

Bu ideyanı isə 20 yaşlı Güllü Hüseynli və onun komadası bu ilin yaz fəslinin sonunda  düşünmüşdürlər. Artıq kondisionerlər, yəni enerji istifadəsinə yönələn məsrəflərin xeyli çoxalmasına gətirib çıxaran sezon yaxınlaşırdı. Komanda, elektrik enerjisinin qənaətinə kömək edəcək və bununla da maliyyə xərclərini və ətraf mühitə dəyən ziyanı azalda biləcək innovativ bir texnologiya yaratmaq qənaətinə gəldi.

Nəticədə, Climasel adlanan asma tavanlar üçün enerjini qənaət edən panellər ərsəyə gəldi.

Panellərin işləmə prinsipi ondan ibarətdir ki, istilər düşdükdə və otaqda temperatur yüksəldikdə, panelin içində yerləşdirilən element əriyir və istilik mübadiləsi nəticəsində istiliyin bir hissəsini ətrafdakı havadan özünə çəkir. Axşam saatlarında isə, hava bir qədər sərinləşdikdə, həmin element bərkiyərək saxlanılan istiliyi geriyə qaytarır.

«Hesablarımıza görə, yeni üsul elektrik enerjisinin 25%-ə qədər qənaət imkanı yaradacaq, əks təqdirdə o, kondisionerin işlənməsinə sərf ediləcəkdi”, - bu sözləri Güllü deyir, hansının ki komandası öz ixtirasının böyük biznes potensiala malik olmasına inanır.

Fotoda: G.Hüseynli (Climasel)

«Climasel müasir cəmiyyət üçün vacib və aktual olan məsələyə - enerjinin qənaətinə toxunur və bu bizdə ideyamızın dünyanın müxtəlif ölkələrində maraq doğuracağına ümid yaradır. Azərbaycanda belə şirkətin açılması isə böyük sərmayələr cəlb edə bilər”, - Güllü belə deyir.

Komandanın məlumatına görə, panelin 1 m²-i 35 avroya başa gəlir, bununla belə mənfəət 10 avro təşkil edir. Beləliklə, ildə 30 min m² panel satıldıqda təmiz mənfəət 300 min avro təşkil edəcəkdir.

Gələcəkdə brendin özünü daha çox tanıda biləcəyini nəzərə alsaq, bu satışların da, mənfəətin də çoxalmasına gətirib çıxaracaq.

İndi isə komandanın əsas məqsədi panellərin prototiplərinin, o cümlədən, dizaynların  təkmilləşdirilməsindən ibarətdir. Daha sonra onlar pilot testlərin keçirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətə təqdim olunacaq ki, burada son məqsəd – gələcəkdə bazara çıxışdır. Güllü deyir ki, bunun üçün komandaya 30 min manat məbləğində sərmayalar lazım olacaq.

Yeni ildə – yeni imkanlar

Hər il Climatelaunchpad bütün dünyadan iqlimə aid 3 ən yaxşı biznes ideyanı seçir. Bu ilin ən yaxşı layihəsi Keniyadan Leafy Ke olmuşdur, hansının ki əsasını istifadə olunan uşaq bezlərinin ev üçün yanacağın istehsalı üçün təkrar istifadəsi təşkil edir. Layihə, gerçəklənməsi üçün 10 min avro məbləğində mükafat almışdır.

İkinci və üçüncü yerləri bölüşdürən startaplar isə 5000 avro və 2500 avro almışlar. Müsabiqənin finalçılarının sərmayə almaq şansları yetərincə böyükdür.

SIL-in təmsilçisi Mehin Cəbrayılovanın sözlərinə görə, Azərbaycandan olan startap Climatelaunchpad-in birinci 15-liyinə müsabiqədə iştirakının birinci ilində nail ola bilmişdir. Lakin şanslar hamı üçün bərabərdir və gələn il ölkəmizi təmsil edən yeni komandalar  qüvvələrini yenə də sınaya bilərlər.

Climatelaunchpad-da iştirak üçün müraciətlər müsabiqəsi 2020-ci ilin yazından başlanır. Müsabiqədə iştirak etmək üçün Climatelaunchpad-in və yaxud Social Innovations Lab-ın saytlarında qeydiyyatdan keçmək lazımdır.

Yelena Ostapenko 

Məqalə Aİ EU4Energy təşəbbüsünün dəstəyi ilə hazırlanmışdır

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net