Dövlət rəsmiləri pilotla vida mərasimində - FOTOLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət rəsmiləri pilotla vida mərasimində - FOTOLAR

18:29 - 21 / 08 / 2019
Dövlət rəsmiləri pilotla vida mərasimində - FOTOLAR
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilib.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Fövqəladə Hallar Nazirliyinin məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelik aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər. 
 
 
 
Mərasimdə çıxış edən Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani polkovnik-leytenant R.Atakişiyevin həyat və döyüş yolu barədə məlumat verib. Bildirilib ki, R.Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. 
 
 
Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.
 
 
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub. 
 
 
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki möhtəşəm hərbi paradlarda onun nümunəvi uçuşları yüksək qiymətləndirilib. 
 
 
Hərbi Hava Qüvvələrinin məsul zabitləri polkovnik Elşad Pənahov və polkovnik Zaur Rüstəmov çıxış edərək Rəşad kimi vətənpərvər zabitlə xidmətlərindən fəxr etdiklərini və Ordumuzda onun kimi hərbi qulluqçuların yetərincə olduğunu vurğulayıb, mərhumun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə baş sağlığı verib, “Vətən sağ olsun!” deyiblər. 
 
 
Ailəsi və doğmaları mərhumla vidalaşdıqdan sonra polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi dəfn edilməsi üçün hərbi orkestrin ifa etdiyi matəm marşının müşayiəti ilə II Fəxri Xiyabana yola salınıb. Polkovnik-leytenant R.Atakişiyev hərbi və dini ənənələrə uyğun olaraq yaylım atəşləri və Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Vətən torpağına əmanət edilib, məzarı üzərinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Hərbi Hava Qüvvələrinin və digər qurumların adından əklil və tər qərənfillər düzülüb. 
 
 
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov cənazə üzərinə sərilən üçrəngli Azərbaycan bayrağını əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edib. Zabit R.Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva müqəddəs bayrağı qəbul edərək, “Rəşadın yadigarlarını, Turqut və Qabili onun adına layiq, bu bayrağa sədaqət ruhunda tərbiyə edəcəyəm. Vətən sağ olsun!”, - deyib. 
 
 
Din xadimi şəhidlərin ruhuna dualar oxuyub. Pilot Rəşad Atakişiyevin qayınatası, professor Qabil Hüseynli zabit ailəsinə göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. 
 
 
 
 
Paylaş:
1774

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32
Bütün xəbərlər