1news.az

Əli Əhmədov: Azərbaycan hökuməti Aİ ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır

22 Yanvar saat 16:30 ~ 1 dəqiqəlik oxu 512
Əli Əhmədov: Azərbaycan hökuməti Aİ ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır

Azərbaycan hökuməti Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə ifadə edib. Biz bu prinsipimizə sadiqik.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişi üzərində iş aparılmaqdadır. Yaxın zamanlarda bu sahədə olan işlər tamamlanacaq.

Baş Nazirin müavini qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalandıqdan sonra əməkdaşlıq sferaları geniş sahələrdə uğurla həyata keçiriləcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net