Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq | 1news.az | Xəbərlər
Siyasət

Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq

16:08 - 18 / 04 / 2019
Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yazdığım üçcildliyin türk dilinə tərcümə olunması və yüksək təşkilatçılıqla Ankarada Türkiyə ictimaiyyətinə çatdırılması mənim üçün çox sevindiricidir. Ümidvaram ki, kitablar yaxın zamanlarda daha çox tirajla təkrar çap olunacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin müəllifi Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova söyləyib.

Xalq yazıçısı bildirib ki, əsərlər tanınmış tərcüməçi Azad Ağaoğlu tərəfindən türk dilinə mükəmməl şəkildə tərcümə edilib və qısa zamanda Türkiyədə geniş oxucu rəğbəti qazanacaq. Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Bütün bu işlərin keyfiyyətlə görülməsi Heydər Əliyev şəxsiyyətinə olan yüksək ehtiramı nümayiş etdirir. Xalq yazıçısı deyib:

“Mən həmişə arzu edirdim ki, Ulu Öndərə həsr edilən bu əsərlər türk dilinə də tərcümə olunsun. Ankarada keçirilən təqdimatdakı izdiham, xüsusilə gənclərin kitaba göstərdikləri böyük maraq məndə çox dərin təəssürat yaratdı. Ümummilli lider Heydər Əliyev Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük məhəbbətlə sevilir, onun şəxsiyyətinə ehtiram göstərilir. Əminəm ki, ulu öndər Heydər Əliyevin həyat yoluna işıq salan əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq”.

S.Xankişiyeva

 

Paylaş:
685

Son xəbərlər

“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32
Bütün xəbərlər