1news.az

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir

13 İyul saat 11:03 ~ 1 dəqiqəlik oxu 1680
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.

1news.az APA-ya istinadən xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da  buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində "PCR" testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net