İş təcrübəsinin az olmasını üstünlüyə necə çevirmək olar? | 1news.az | Xəbərlər
Cəmiyyət

İş təcrübəsinin az olmasını üstünlüyə necə çevirmək olar?

16:18 - 23 / 07 / 2019
İş təcrübəsinin az olmasını üstünlüyə necə çevirmək olar?

İş təcrübəniz az olsa da bu sizin üçün avantajlı ola bilər. Müraciət etdiyiniz və ya çox işləmək istədiyiniz bir şirkətin, HR mütəxəssisi ilə görüşməzdən öncə paylaşdığımız önəmli nüansları oxuyun və təcrübəniz olmadan da bir şirkətə necə faydalı ola bilməyin yollarını öyrənin! Hər hansı bir işi qazanıb-qazanmamanız məhz öz əllərinizdə olan bir şansdır.

1news.az gencaile.az-a istinadən iş təcrübəsi az olan bir namizəd olaraq işə götürülməyiniz üçün 4 səbəbi təqdim edir:

Asanlıqla uyğunlaşa bilərsiniz

Əvvəla siz, işinə illərini vermiş, ixtisaslaşmış bir işçinin məlumat toplusunun verdiyi dezavantaja sahib deyilsiniz. Əksinə, şirkətin məqsədləri əsasında formalaşacaq potensial bir işçisiniz.

Yeni işçinin şirkətin idarəçiliyi barəsində fikir səsləndirməsi, xüsusilə də tənqid qəbul etməyən bir menecerin qəbul etmədiyi şeydir. Bu zaman keçmişdən nümunə verməyiniz mümkün olmadığına görə, siz işəgötürənlər üçün daha uyğun işçi hesab edilirsiniz.

Kifayət qədər həvəslisiniz

Təcrübəsizliyin verdiyi həyəcan və gənclik coşğusu, iş üçün olduqca önəmlidir. Təcrübəsiz bir işçi olaraq ilk dəfə qarşılaşdığınız bir vəziyyətin detallarını öyrənmək üçün olduqca həvəslisiniz. Bu təkcə sizin yeniliklərə hazır olduğunuz demək deyil, eyni zamanda qarşınıza çıxan maneələri dəf etmək istədiyinizi göstərir.

İşdən ikiəlli yapışın

Təcrübəli işçilər, işlərində bəzən özlərinə sərhəd qoyurlar. Təcrübəsiz işçilər isə karyeralarının başlanğıcında olduqları üçün ön yarqıdan uzaq bir düşüncəyə sahibdirlər. Ona görə də bir işi öz üzərinə götürmək və iştirak üçün göstərdiyiniz səy sizi digərlərindən fərqləndirəcək.

Şirkət üçün daha az xərcə başa gəlirsiniz

Təbii olaraq şirkət təcrübəsiz bir şəxsi işə götürərkən öz malliyəsini də nəzərə alır. Mənfəət, şirkətlər üçün motivasiya mənbəyidir. Əslində, bu hər iki tərəfin xeyrinədir. Çünki mənfəəti olmayan bir şirkətin, öz komandasını böyütməyə ehtiyacı yoxdur. Ona görə də sizə təklif olunan maaşın, sizdən daha güclü və ixtisaslaşmış bir işçidən daha az olacağını bilməlisiniz.

Ancaq az maaşla işə başlasanız belə, bu sizə iş təcrübəsi və təhsil imkanları yaradacaq. Şirkətlər, hədəflərinə çatmaq üçün daha çox, az maaşa qane olan namizədi seçirlər. Ona görə də o qədər də təcrübə tələb edilməyən işlərə müraciət etməkdən çəkinməməlisiniz. Bəlkə də şirkətlərin axtardığı işçi sizsiniz.

1news.az

Paylaş:
896

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25
Bütün xəbərlər